Quran 17:102 — Al-Israa surəsi, 102-ci ayə | Sadaat
Skip to content

سُورَةُ الإِسۡرَاءِ

Surə Al-Israa — Ayə 102

17:102Cüz 15

قَالَ لَقَدْ عَلِمْتَ مَا͏ٓ اَنْزَلَ هٰٓو͏ٔ͏ُلَا࢜ءِ اِلَّا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ بَصَا࢜ىِٕرَۚ وَاِنِّيْ لَاَظُنُّكَ يٰفِرْعَوْنُ مَثْبُوْرًا ۝١٠٢

Tərcümə

(Musa da) ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar mö’cüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Fir’on, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm!” – deyə cavab vermişdi.

Ətrafdakı ayələr

  1. Ayə 100

    قُلْ لَّوْ اَنْتُمْ تَمْلِكُوْنَ خَزَا࢜ىِٕنَ رَحْمَةِ رَبِّيْٓ اِذًا لَّاَمْسَكْتُمْ خَشْيَةَ الْاِنْفَاقِؕ وَكَانَ الْاِنْسَانُ قَتُوْرًا ۝١٠٠ࣖ

    (Ya Peyğəmbərim, müşriklərə) de: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti e’tibarilə) xəsisdir!

  2. Ayə 101

    وَلَقَدْ اٰتَيْنَا مُوْسٰي تِسْعَ اٰيٰتٍۭ بَيِّنٰتٍ فَسْـَٔلْ بَنِيْٓ اِسْرَا࢜ءِيْلَ اِذْ جَا࢜ءَهُمْ فَقَالَ لَهٗ فِرْعَوْنُ اِنِّيْ لَاَظُنُّكَ يٰمُوْسٰي مَسْحُوْرًا ۝١٠١

    Biz Musaya doqquz aşkar mö’cüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Fir’on ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi.

  3. Ayə 103

    فَاَرَادَ اَنْ يَّسْتَفِزَّهُمْ مِّنَ الْاَرْضِ فَاَغْرَقْنٰهُ وَمَنْ مَّعَهٗ جَمِيْعًا ۝١٠٣ۙ

    (Fir’on) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fir’onu) və onunla birlikdə olanların hamısını (suya) qərq etdik.

  4. Ayə 104

    وَّقُلْنَا مِنْۢ بَعْدِهٖ لِبَنِيْٓ اِسْرَا࢜ءِيْلَ اسْكُنُوا الْاَرْضَ فَاِذَا جَا࢜ءَ وَعْدُ الْاٰخِرَةِ جِي͏ٔ͏ْنَا بِكُمْ لَفِيْفًا ۝١٠٤ؕ

    Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət və’dəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Fir’on əhlini, yaxud mö’minləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!”

Surəyə qayıt

Tətbiqdə tilavət, əlfəcin və gecə rejimi ilə oxuyun.

Sadaat-ı özünüzlə aparın

Tam təcrübə — oflayn oxu, səs, xatırlatmalar və əlfəcinlər — tətbiqdədir.

Get it on Google PlayTezlikləDownload on the App Store