سُورَةُ الهُمَزَةِ
Surə Al-Humaza
The Traducer · Məkkə · 9 Ayə
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةِ ١ۙ
1(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
اࣙلَّذِيْ جَمَعَ مَالًا وَّعَدَّدَهٗ ٢ۙ
2O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
يَحْسَبُ اَنَّ مَالَهٗٓ اَخْلَدَهٗ ٣ۚ
3Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
كَلَّا لَيُنۢ͏ْبَذَنَّ فِي الْحُطَمَةِ ٤ؗۖ
4Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
وَمَا͏ٓ اَدْرٰىكَ مَا الْحُطَمَةُ ٥ؕ
5Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
نَارُ اللّٰهِ الْمُوْقَدَةُ ٦ۙ
6O, Allahın yanar odudur.
الَّتِيْ تَطَّلِعُ عَلَي الْاَفْـِٕدَةِ ٧ؕ
7Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
اِنَّهَا عَلَيْهِمْ مُّو͏ٔ͏ْصَدَةٌ ٨ۙ
8O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
فِيْ عَمَدٍ مُّمَدَّدَةٍ ٩ࣖ
9Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!