سُورَةُ العَلَقِ
Surə Al-Alaq
The Clot · Məkkə · 19 Ayə
اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِيْ خَلَقَ ١ۚ
1(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
خَلَقَ الْاِنْسَانَ مِنْ عَلَقٍ ٢ۚ
2O, insanı laxtalanmış qandan yaratdı.
اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُ ٣ۙ
3(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
الَّذِيْ عَلَّمَ بِالْقَلَمِ ٤ۙ
4O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
عَلَّمَ الْاِنْسَانَ مَا لَمْ يَعْلَمْ ٥ؕ
5(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
كَلَّا͏ٓ اِنَّ الْاِنْسَانَ لَيَطْغٰٓي ٦ۙ
6Xeyr, insan azğınlıq edər,
اَنْ رَّاٰهُ اسْتَغْنٰي ٧ؕ
7Özünün dövlətli olduğunu gördüyü üçün!
اِنَّ اِلٰي رَبِّكَ الرُّجْعٰي ٨ؕ
8Axı sənin axır dönüşün Rəbbinədir!
اَرَءَيْتَ الَّذِيْ يَنْهٰي ٩ۙ
9Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
عَبْدًا اِذَا صَلّٰي ١٠ؕ
10Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
اَرَءَيْتَ اِنْ كَانَ عَلَي الْهُدٰٓي ١١ۙ
11Bir de görək, əgər o doğru yoldadırsa,
اَوْ اَمَرَ بِالتَّقْوٰي ١٢ؕ
12Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
اَرَءَيْتَ اِنْ كَذَّبَ وَتَوَلّٰي ١٣ؕ
13(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
اَلَمْ يَعْلَمْ بِاَنَّ اللّٰهَ يَرٰي ١٤ؕ
14Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
كَلَّا لَىِٕنْ لَّمْ يَنْتَهِۙ لَنَسْفَعًاۢ بِالنَّاصِيَةِ ١٥ۙ
15Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِي͏ٔ͏َةٍ ١٦ۚ
16Özü də yalançı, günahkar kəkilindən!
فَلْيَدْعُ نَادِيَهٗ ١٧ۙ
17Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
سَنَدْعُ الزَّبَانِيَةَ ١٨ۙ
18Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
كَلَّاؕ لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ١٩ࣛࣖ
19Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
۩ Səcdə ayəsi